Şirvanda “patı” satan 5 nəfər saxlanıldı- FOTO

image-1627127946_1627115467_60fbcdb707aa960fbcdb707aaa162711493560fbcdb707aa660fbcdb707aa8backend

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində psixotrop maddə olan “patı”və “şüşə” adlanan metamfetaminin və heroinin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan daha beş nəfər şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Busaat.az-a verilən məlumata görə, araşdırmalarla onların şəhər sakinləri Yusif Hüseynzadə, Daxıl Hüseynov, Zakir Məmmədov, Kamal Cəfərov və Tacir Əliyev olduqları müəyyən edilib.

Saxlanılan zaman həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan narkotik maddə metamfetamin, heroin və qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Şirvan ŞPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

image-1627127946_1627115467_60fbcdb707aa960fbcdb707aaa162711493560fbcdb707aa660fbcdb707aa8-1 image-1627127900_1627116063_2b963fc2-de00-3c85-ae45-d85f5fa2a2e5 image-1627127945_1627116077_4c451d6f-add1-33bd-985b-020657930efb image-1627127876_1627116109_97a0538c-a42f-3242-8446-2fe4c656917b

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90