Məzmuna keç
  • Azeri Light127.60 $▲0.47%
  • Brent neft109.69 $▼0.02%
  • WTI neft100.10 $▼0.68%
  • Avropa qazı (TTF)94.68 €▼1.47%
  • Təbii qaz (ABŞ)3.005 $▼1.05%
  • Qızıl4 071 $▲1.01%
  • Gümüş54.42 $▲1.24%
  • Pambıq77.90 ¢▼1.53%
  • Buğda613.75 ¢▼0.12%
  • Bitcoin80 469 $▲0.58%
  • Ethereum2 346 $▲1.10%
  • S&P 5007 723▲0.61%
17°Bakı
  • USD1.7011▲0.0005
  • EUR1.9051▲0.0010
  • 100 RUB2.1019▼0.0029
  • GBP2.2720▼0.0018
  • TRY0.0342
  • AED0.4632▲0.0001
  • CNY0.2545▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3765▼0.0004
  • UAH0.0374▼0.0002
  • 100 JPY1.0814▼0.0030
  • CHF2.0607▼0.0019
  • USD1.7011▲0.0005
  • EUR1.9051▲0.0010
  • 100 RUB2.1019▼0.0029
  • GBP2.2720▼0.0018
  • TRY0.0342
  • AED0.4632▲0.0001
  • CNY0.2545▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3765▼0.0004
  • UAH0.0374▼0.0002
  • 100 JPY1.0814▼0.0030
  • CHF2.0607▼0.0019
Siyasət

Siyasi ekspert: “Paşinyanın “ağlabatan vaxtı”nın ölçüsü yoxdur”

image-politoloq-elcin-mirzebeyli
Politoloq Elçin Mirzəbəyli
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Nikol Paşinyanın “ağlabatan” ifadəsi altında konkret nə qədər vaxtı nəzərdə tutduğunu söyləmək çox çətindir. Əgər birinci və ikinci Qarabağ müharibələri arasında aparılan danışıqlarda Ermənistanın vaxt qazanmaq üçün davamlı təxribatlara əl atdığını, eyni davranışların 44 günlük müharibədən sonra da davam etdiyini nəzərə alsaq, həmçinin Ermənistanın siyasi rəhbərliyinin qavrama indeksinin orta statik normadan xeyli aşağıda olduğunu da əsas götürsək, Paşinyanın “ağlabatan vaxtı”nın ölçüsünün olmadığını deyə bilərik”.

Bu fikri siyasi ekspert Elçin Mirzəbəyli Busaat.az-a Nikol Paşinyanın sülh danışıqlarının tarixi ilə bağlı verdiyi açıqlamanı şərh edərkən bildirib.

“30 ilə yaxın biz həm Ermənistanın siyasi rəhbərliyini, həm ultramillətçi toplumunu, həm erməni diasporu və lobbisini başa salmağa çalışdıq ki, işğalın perspektivi yoxdur və Azərbaycan gec-tez öz torpaqlarını azad edəcək. Bu həqiqət 30 il onların ağlına batmadı. 44 günlük müharibədə və daha sonra darmadağın edilən Ermənistan ordusunu, Bakıdakı Hərbi Qənimətlər Parkını fakt olaraq gözlərinin önünə “sərdik” ki, bəlkə gördüklərinə inansınlar. Amma görünən odur ki, hələ də gördüklərinə və yaşadıqlarına, rüsvayçı məğlubiyyətlərinə, dünya hərb tarixinə düşəcək fərariliklərinə inana bilmirlər. Ona görə də mən nəyinsə öz özlüyündə, təbii axarında Paşinyanın və digərlərinin ağlına batacağına əmin deyiləm. Görünən odur ki, həqiqətləri onların başa düşə biləcəkləri üslubda ağıllarına “batırmaq” lazım gələcək”, – E Mirzəbəyli qeyd edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=121656