Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft92.28 $▼3.14%
  • WTI neft85.36 $▼3.37%
  • Avropa qazı (TTF)84.05 €▼7.59%
  • Təbii qaz (ABŞ)3.131 $▼0.85%
  • Qızıl3 857 $▼0.34%
  • Gümüş46.93 $▼0.83%
  • Pambıq81.31 ¢▲2.99%
  • Buğda601.75 ¢▲2.56%
  • Bitcoin64 929 $▼0.59%
  • Ethereum1 817 $▼0.97%
  • S&P 5007 430▼1.73%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Hadisə

SON DƏQİQƏ! Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Ölənlər var

image-1620245574-750-450
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ağdaş-Zarağan avtomobil yolunda, Qəbələnin Savalan kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, ilkin məlumata görə Qəbələ rayonunun Bum kənd sakini Eyyubov Tərlan Tapdıq oğlunun idarə etdiyi 90-NX-228 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobil yolda idarəetməni itirərək, qarşıdan gələn Göyçay rayon sakini Yusifov Nəsib Şakir oğlunun idarə etdiyi VAZ 21 07 markalı 23-BX-690 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə VAZ 2107 markalı avtomobildə olan sərnişin 1964-cü il təvəllüdlü Yusifova Vilayət Baxış qızı hadisə yerində dünyasını dəyişib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan digər sərnişinlər Təcili Təxirəsalınmaz Tibbi Yardım avtomobillərində Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, hadisə zamanı VAZ 21 07 markalı avtomobildə olan sərnişin 2019-cu il təvəllüdlü Məmmədova Dəniz Ramil qızı və avtomobilin sürücüsü Yusifov Nəsib Şakir oğlu dünyasını dəyişib. Digər sərnişin 1985-ci il təvəllüdlü Məmmədova Mehriban Şakir qızının, 2014-cü il təvəllüdlü Məmmədov İsmayıl Ramil oğlunun və 1997-ci il təvəllüdlü Bəkirova Xəyalə Rövşən qızının müalicəsi davam edir. Mercedes markalı avtomobilin sürücüsü, 1962-ci il təvəllüdlü Eyyubov Fərhad Tapdıq oğlu və sərnişin 1969-cu il təvəllüdlü Eyyubov Tərlan Tapdıq oğlunun isə vəziyyəti stabildir.

Faktla bağlı araşdırma aparılır.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=45935