“Son ukraynalıya qədər…” – Rusiya Qərbi “müharibəni mümkün qədər uzatmaqda” ittiham etdi

image-thumb600x0-4backend

Əvvəllər daim fəal olan Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu son vaxtlar ictimaiyyət arasında getdikcə daha az görünür.

BBC-nin Rus Xidməti xəbər verir ki, Sergey Şoyqu son üç gündə Ukraynadakı müharibə ilə bağlı ilk açıqlama verib.

O, bəyan edib ki, Rusiya Silahlı Qüvvələri özünü “Donetsk xalq respublikası” və “Luqansk xalq respublikası”nın azad edilməsi planını ardıcıl şəkildə yerinə yetirirlər.

Şoyqu bu barədə Müdafiə Nazirliyinin kollegiyasında çıxışı zamanı bildirib.

Şoyqu ABŞ və digər Qərb ölkələrini “müharibəni mümkün qədər uzatmaqda” ittiham edib.

“Xarici silahların tədarük həcminin artması onların Kiyev rejimini “son ukraynalıya qədər” döyüşməyə təhrik etmək niyyətlərini açıq şəkildə nümayiş etdirir”, – Şoyqu bildirib.

Bundan əvvəl xarici media Şoyqunun informasiya məkanından yoxa çıxmasına diqqət çəkiblər. Nazir martın 11-dən mətbuat yayımlarında görünmür.

Daha sonra Rusiya Müdafiə Nazirliyinin rəhbərinin ürək xəstəliyinin olması ilə bağlı məlumatlar ortaya çıxdı. Onun infarkt keçirdiyi bildirilirdi.

Şayiələri təkzib etmək üçün Rusiya Federasiyasının Müdafiə Nazirliyi Şoyqunun videobağlantı vasitəsilə həmkarları ilə əlaqə saxladığı bir video yayımlamışdı.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90