Şoyqu İranın raketləri və pilotsuz təyyarələrini görmək üçün Tehranda sərgiyə baş çəkib

image-sergey-soyqubackend

Rusiyanın müdafiə naziri Sergey Şoyqu çərşənbə günü İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin ölkənin müdafiə-sənaye kompleksinin məhsullarının nümayiş etdirildiyi sərgini ziyarət edib.

Busaat.az xəbər verir ki,  bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

“Rusiyanın müdafiə naziri raket silahları və pilotsuz uçuş aparatları, həmçinin İran istehsalı olan hava hücumundan müdafiə vasitələrini görüb”, – məlumatda deyilir.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Tehranda keçirilən silah və hərbi texnika sərgisi İranın aerokosmik sənayesinin nailiyyətlərini təqdim edir. İranın pilotsuz uçuş aparatlarının (PUA) ən son modelləri və ölkənin Aerokosmik Qüvvələrində xidmətdə olan raket silahları nümayiş etdirilir. Xüsusilə, taktiki raket sistemləri, eləcə də uzaq və orta mənzilli ballistik raketlər təqdim olunur. Ekspozisiyaya ABŞ istehsalı olan müsadirə edilmiş PUA-lar daxildir.

Şoyqu fəxri qonaqlar kitabına qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90