KİV: “Rusiya müdafiə naziri Tehrana səfər edəcək”

image-sergey-soyqubackend

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün Tehrana səfər edəcək.

Busaat.az xəbər verir ki, bu barədə İranın Tasnim xəbər agentliyi məlumat yayıb.

Mənbənin sözlərinə görə, Rusiya müdafiə naziri İran silahlı qüvvələri komandanlığının bir neçə üzvü, o cümlədən həmkarı Məhəmməd-Rza Aştiani ilə görüşəcək.

Tərəflərin regiondakı vəziyyəti və iki ölkə arasında müdafiə əlaqələrini müzakirə edəcəyi gözlənilir.

Rusiya Müdafiə Nazirliyi hələlik səfərlə bağlı açıqlama verməyib.

İyunun 28-də xəbər agentliyi İranın Baş Qərargah rəisi Məhəmməd Baqirinin telefon danışığında Şoyqunu İrana səfərə dəvət etdiyini bildirib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, tərəflər beynəlxalq vəziyyət və regional təhlükəsizliklə bağlı fikir mübadiləsi apararaq, dialoq və müdafiə əlaqələrini inkişaf etdirmək əzmlərini təsdiqləyiblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90