Şoyqu: “Sanksiyalara baxmayaraq, Moskva-Tehran əməkdaşlığı yeni zirvələrə çatır”

image-sergey-soyqu1backend

Moskva-Tehran əməkdaşlığı yeni zirvələrə çatır.

Busaat.az xbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

“ABŞ və onun Qərb müttəfiqlərinin müqavimətinə baxmayaraq, planlaşdırdığımız bütün fəaliyyət kompleksini həyata keçirmək əzmindəyik. Rusiya və İrana qarşı sanksiyaların təzyiqi faydasız olduğu bir vaxtda Rusiya-İran əməkdaşlığı yeni zirvələrə çatır”, – deyə Şoyqu İranın müdafiə naziri Məhəmməd-Rza Aştiani ilə danışıqlar zamanı qeyd edib.

Rusiya müdafiə naziri həmçinin, Yaxın Şərqdə sabitlik və təhlükəsizliyi gücləndirmək üçün birgə addımlar atmağa hazır olduğunu da açıqlayıb.

“Biz məmnuniyyətlə qeyd edirik ki, Rusiya-İran dialoqu son vaxtlar xüsusilə intensiv olub”, – Şoyqu vurğulayıb.

Onun sözlərinə görə, bu, daha çox Rusiya və İran liderləri arasında etimada əsaslanan münasibətlərlə bağlıdır.

“Görüşlərin yüksək intensivliyi strateji müdafiə tərəfdaşlığını gücləndirməkdə davam etməkdə ümumi əzmimiz olduğunu təsdiqləyir”, – Rusiya müdafiə naziri söyləyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90