“Space” TV-nin yeni rəhbəri istefa verdi – VİDEO

backend

Bir neçə gün əvvəl “Space” teleradio şirkətinə rəhbər təyin olunan Ülviyyə Mikayılova istefa verib.

Baku TV xəbər verir ki, Ü.Mikayılova “Space” TV-nin kollektivinə təqdim olunduqdan beş gün sonra əməkdaşlara bu vəzifəni icra edə bilməyəcəyini deyib.

Ü.Mikayılovanın TV-yə rəhbərlikdən imtinasına əsas səbəb oradakı çoxsaylı problemlərdir. “Space” TV-ni sırf maarifçilik kanalına çevirmək istəyinin mümkünsüz olması da istefa verməsinin səbəblərindən biri kimi göstərilir.

Qeyd edək ki, 2006-2021-ci illərdə “Space”in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbəri vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki