İsveçlə birlikdə NATO-ya üzv olmaq prosesində olan Finlandiyanın müdafiə naziri Antti Kaikkonen gözlənilmədən istefa verib.
Busaat.az xəbər verir ki, Kaikkonen bu qərarını ailəsinə daha çox vaxt sərf etmək istəməsi ilə izah edib.
Gənc nazir 6 aylıq oğluna baxmaq üçün yanvar ayından atalıq məzuniyyətində olacağını açıqlayıb. Finlandiyada həm analar, həm də atalar üçün valideyn məzuniyyəti mövcud olsa da, kişi siyasətçilərin bundan istifadə etməsi çox nadir hallarda mümkün olur.
“Uşaqlar qısa bir zaman üçün körpə olurlar və mən onları sadəcə şəkillərlə xatırlamaq istəmirəm” – deyə, 48 yaşlı Kaikkonen qərarını şərh edib.
Kaikkonen əlavə edib: “Vəzifəm mənim üçün çox vacib olsa da, ailəni birinci yerə qoymaq lazımdır”.
Qeyd edək ki, Kaikkoneni Finlandiya Parlamentinin müdafiə komitəsindən Mərkəz Partiyasının üzvü Mikko Savolanın əvəz edəcəyi gözlənilir.
Busaat.az