Helsinki Kiyevə daha bir hərbi yardım paketi təqdim etməyi planlaşdırır.
Busaat.az xəbər verir ki, bu barədə Finlandiyanın xarici işlər naziri Elina Valtonen bildirib.
“Finlandiya Ukraynaya demək olar ki, iki milyard avro yardım edib. Bizim növbəti müdafiə materialları paketimiz hazırlanır”, – o, X-də yazıb.
Valtonen əlavə edib ki, Finlandiya və Aİ lazım olduğu qədər Ukraynanı dəstəkləyəcək.
Kiyev artıq Helsinkidən təxminən iki milyard avro dəyərində yardım alıb.