Finlandiya şirkəti sanksiyalardan yayınaraq Rusiyaya texnologiya tədarük edib

image-finlandiya-sirketibackend

Baş ofisi Helsinkidə yerləşən Finlandiya şirkəti sanksiyaları pozmaqda şübhəli bilinir. İstintaqın iddiasına görə, şirkət dünyanın hər yerindən məhsul sifariş edərək onu Rusiyaya ixrac edib.

Busaat.az  “Yle”yə istinadən xəbər verir ki, bu barədə Finlandiyanın Mərkəzi Kriminal Polisi məlumat yayıb.

Yerli hüquq-mühafizə orqanlarının əməkdaşları Finlandiyada Rusiyaya yüksək texnologiyaların ixracı ilə məşğul olmaqda şübhəli bilinən satınalma və logistika operatorlarını araşdırıblar.

İstintaq 2019-cu ildə Helsinkidə qeydiyyatdan keçmiş şirkətin qeyri-qanuni fəaliyyətdə şübhəli bilinməsindən sonra başlayıb. İstintaqın məlumatına görə, şirkət vasitəsilə Rusiyaya müxtəlif mallar, o cümlədən elektronika malları ixrac edilib.

Şirkət Aİ-nin sanksiya qanunvericiliyini pozmaqda şübhəli bilinir. İddia edilən cinayətlər əsasən 2016-2020-ci illəri əhatə edir. İşdə üzrə ən azı 5 nəfər şübhəli bilinir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90