Zelenski Finlandiyadan dördüncü nəsil F-18 qırıcıları istəyib

image-zelenskibackend

Busaat.az-ın TASS-a istinadən əldə etdiyi məlumata görə, Ukrayna prezidenti Volodimir Zelenski Finlandiyanın baş naziri Petteri Orpodan Helsinkidə istismardan çıxarılmağa hazırlaşan dördüncü nəsil F-18 qırıcıları istəyib.

“Bizə nə verilirsə, onu da götürürük. Biz üzən və ya uçan hər şeylə məşq etməyə hazırıq. Əgər Finlandiyanın F-18-lərə ehtiyacı yoxdursa, onları verin, biz məmnuniyyətlə götürəcəyik”,- o, Kiyevdə səfərdə olan Orpo ilə birgə mətbuat konfransında deyib.

Zelenski bildirib ki, F-16-lar ölkənin hava qüvvələrinin ehtiyaclarını ödəmək üçün kifayət qədər böyük inventarına görə Ukraynanın prioriteti olaraq qalır. Bununla belə, onun sözlərinə görə, Ukrayna istənilən tipli təyyarələri götürməyə hazırdır.

Avqustun 20-də Zelenski Amsterdamla Kiyevə 42 F-16 qırıcısı tədarükü haqqında razılıq əldə etdiyini açıqlayıb. Danimarka da Ukraynaya 19 ədəd F-16 döyüş təyyarəsi verməyə hazır olduğunu bildirib. İlk altı təyyarənin bu ilin sonuna kimi gəlməsi planlaşdırılır. Danimarka Hərbi Hava Qüvvələrində bu qırıcılardan təxminən 30-u var və ölkə daha müasir F-35-ə keçdikdə istifadədən çıxarılacaq. Hollandiya Hərbi Hava Qüvvələrində 42 F-16 təyyarəsi var.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki