Təxminən 20 aydır ki, Sudanın paytaxtı Xartumda ordu ilə döyüşən Xızır Dəstək Qüvvələri bombalı hücum həyata keçirib.
Busaat.az xarici mətbuata istinadən xəbər verir ki, hücum nəticəsində 9 nəfər həlak olub.
Xartum əyalətinin Səhiyyə Nazirliyindən verilən açıqlamada qruplaşmanın paytaxtın qərbində yerləşən Umdurman bölgəsindəki yaşayış məntəqələrini artilleriya atəşi ilə hədəfə aldığı bildirilib.
Açıqlamada hücum zamanı 9 nəfərin həlak olduğu, 35 nəfərin isə yaralandığı bildirilib.