
Sülhməramlıların Qarabağdan çıxarılmasına Rusiya parlamenti icazə verməlidir - Paşinyan
“Sülhməramlıların Qarabağdan çıxarılması üçün bölgədəki ermənilərin təhlükəsizliyi təmin edilməlidir”.
Busaat.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasını yalnız erməni əhalisinə təhlükəsizlik zəmanəti verdikdən sonra mümkün olduğunu bildirib.
“Rusiya sülhməramlılarının Dağlıq Qarabağdan çıxarılması yalnız Ermənistan əhalisinin təhlükəsizliyi təmin edildikdən sonra mümkündür və bu təminatlar sübuta yetirilməlidir. Hələlik sülhməramlılaın Dağlıq Qarabağa yerləşdirilməsinə səbəb olan təhdidlər hələ də yerindədir, ona görə də onlar orada qeyri-müəyyən müddətə qalacaqlar. Bunun üçün beynəlxalq mexanizmlər olacaq. Sülhməramlıların geri çəkilməsinə təhlükəsizlik problemi həll olunandan sonra Rusiya parlamenti icazə verməlidir. Mən bu mövzuda Rusiya sülhməramlılarının mandatının uzadılmasına dair sənədi imzalamağa hazıram” –deyə, Baş nazir Ermənistanın İctimai Televiziyasına müsahibə verib.
Busaat.az























