“Sülhün əldə edilməsi üçün ilk növbədə sərhəddə sülh işartıları hiss olunmalıdır…”

image-lacin_postubackend

Ermənistan ərazisindən Laçın dövlət sərhəd-buraxılış məntəqəsinin atəşə tutulması bir daha Ermənistanın sülh tərəfdarı olmadığını sübut etmiş oldu.

Bəs Laçındakı təxribatın arxasında kim dayanır? Sülh danışıqları istiqamətində növbəti hazırlıqların getdiyi bir zamanda belə bir təxribatın törədilməsində düşmənin məqsədi nədir?

Mövzu ilə bağlı siyasi şərhçi Gülsel Səfərovanın Busaat.az-a açıqlama verib:

image-gulsel_safarova_240512

“Sülh danışıqlarının sürətlə davam etdiyi bir zamanda Laçında postumuzun atəşə tutulması sülh müqaviləsinə Ermənistan tərəfindən qeyri – adekvat baxılması deməkdir. İki dövlət arasında sülhün əldə edilməsi qərarlaşdırılırsa, əlbəttə ki, ilk növbədə sərhəddə sülh işartıları hiss olunmalıdır.

Laçındakı təxribatın arxasında tək Ermənistan deyil, müəyyən qüvvələr də dayanır. Həmin qüvvələr həm xarici həm də ermənilərin içərisindədir. Ermənistanın ABŞ və Fransadakı hətta deyərdim ki, özünü ikinci Ermənistan kimi aparan erməni lobbisinin təzyiqi də ola bilər.

Amerika Birləşmiş Ştatlarındakı ermənilərə məxsus ANCA təşkilatı demək olar ki, indiki erməni iqtidarının bir çox addımları normal hesab etmir. Eyni zamanda da Fransadakı erməni lobbisi tərəfindən də Paşinyan hökumətinə ciddi etirazlar var. Beləliklə xarici ölkələrdəki erməni lobbilərinin Paşinyana təsiri də nəzərdən qaçmamalıdır. 

Adını qeyd etdiyim ABŞ – da uzun illərdir ki, fəaliyyətdə olan ANCA təşkilatı orada bir sıra senatorları pulla ələ alıb. Ona görə də biz belə erməni lobbilərinin fəaliyyətini neytrallaşdırmaq üçün müxtəlif adekvat addımlar atmalıyıq. Düşünürəm ki, bizim ermənilərlə mübarizəmizdə bu faktor da daha çox məqsədəuyğun ola bilər.”

Bünyamin Bünyadzadə

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki