Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft93.11 $▲1.49%
  • WTI neft86.03 $▲1.20%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.206 $▲3.85%
  • Qızıl3 855 $▼0.58%
  • Gümüş47.28 $▼0.43%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda610.25 ¢▲1.79%
  • Bitcoin63 633 $▼1.83%
  • Ethereum1 787 $▼1.78%
  • S&P 5007 325▼1.29%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
İdman

“Sumqayıt” “Keşlə” üzərində qələbəni əldən verdi

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib.

Busaat.az-ın məlumatına görə, açılış oyununda “Sumqayıt” “Kapital Bank Arena”da “Keşlə”ni qəbul edib.

Gənc referi Kamal Umudlunun idarə etdiyi görüş heç-heçə ilə yekunlaşıb – 2:2.

Matçda hesab erkən açılıb. 4-cü dəqiqədə Peyman Babayi meydan sahiblərini hesabda önə çıxarıb. Bununla da Babayi çempionatda 7-ci qolunu vuraraq bombardirlər siyahısında “Neftçi”dən Stiven Monroz və “Qarabağ”dan Mahir Emreliyə çatıb. 10-cu dəqiqədə “Keşlə”nin yarımmüdafiəçisi Vüsal İsgəndərli gözəl qolla hesabı bərabərləşdirib.

Fasilədən sonra da qapılara iki qol vurulub. 59-cu dəqiqədə Rəhim Sadıxov uzaqdan zərbə ilə “gənclik şəhəri” təmsilçisini yenidən önə çıxarıb. Lakin 80-ci dəqiqədə paytaxt komandasının kapitanı Slavik Alxasov uzaqdan zərbə ilə bərabərliyi təmin edib.

Bu nəticədən sonra “Keşlə” 30 xalla 3-cü, “Sumqayıt” 23 xalla 4-cü pillədə qalıb.

Azərbaycan Premyer Liqası, XIX tur

29 fevral (şənbə)

16:00. “Sumqayıt” – “Keşlə” – 2:2

Qollar: Peyman Babayi, 4. Rəhim Sadıxov, 59 – Vüsal İsgəndərli, 10. Slavik Alxasov, 80

Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Eyyub İbrahimov, Rauf Allahverdiyev

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

“Kapital Bank Arena”

Qeyd edək ki, günün növbəti matçında “Qarabağ” və “Sabah” komandaları üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika Stadionundakı oyun saat 18:00-da başlanacaq. Tura martın 1-də “Zirə” – “Qəbələ” və “Neftçi” – “Səbail” görüşləri ilə yekun vurulacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=5049