Məzmuna keç
  • Azeri Light127.60 $▲0.00%
  • Brent neft109.55 $▼0.15%
  • WTI neft100.07 $▼0.71%
  • Avropa qazı (TTF)94.68 €▼1.47%
  • Təbii qaz (ABŞ)3.058 $▲0.69%
  • Qızıl4 073 $▲1.07%
  • Gümüş54.53 $▲1.44%
  • Pambıq77.90 ¢▼1.53%
  • Buğda611.00 ¢▼0.57%
  • Bitcoin80 803 $▲0.99%
  • Ethereum2 348 $▲1.21%
  • S&P 5007 723▲0.60%
15°Bakı
  • USD1.7011
  • EUR1.9051
  • 100 RUB2.1019
  • GBP2.2720
  • TRY0.0342
  • AED0.4632
  • CNY0.2545
  • GEL0.6547
  • 100 KZT0.3765
  • UAH0.0374
  • 100 JPY1.0814
  • CHF2.0607
  • USD1.7011
  • EUR1.9051
  • 100 RUB2.1019
  • GBP2.2720
  • TRY0.0342
  • AED0.4632
  • CNY0.2545
  • GEL0.6547
  • 100 KZT0.3765
  • UAH0.0374
  • 100 JPY1.0814
  • CHF2.0607
Kriminal

Sumqayıtda 7 yaşlı uşağın öldürməkdə təqsirləndirilən idmançıya yeni ittiham irəli sürülüb

image-hokm
hökm
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Sumqayıtda 7 yaşlı uşağın öldürməkdə təqsirləndirilən idmançı Mehman Xəlilovun barəsində yeni ittiham irəli sürülüb.

Busaataz-ın xəbərinə görə, o, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ittiham olunur.

Artıq cinayət işinin ibtidai istintaqı başa çatıb və baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Fəhmin Hümbətovun icraatına verilib.

Məhkəmə iclası avqustun 24-nə təyin edilib.

Qeyd edək ki, bu il aprelin 29-da Sumqayıt şəhərində tanınmış idmançı M.Xəlilov məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə 7 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

M.Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.

Sumqayıt Şəhər Məhkəməsinin qərarına əsasən, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=117897