Məzmuna keç
  • Azeri Light127.60 $▲0.00%
  • Brent neft110.94 $▲1.12%
  • WTI neft101.10 $▲0.31%
  • Avropa qazı (TTF)94.68 €▼1.47%
  • Təbii qaz (ABŞ)3.061 $▲0.79%
  • Qızıl4 066 $▲0.90%
  • Gümüş54.32 $▲1.06%
  • Pambıq77.90 ¢▼1.53%
  • Buğda612.00 ¢▼0.41%
  • Bitcoin80 825 $▲0.25%
  • Ethereum2 352 $▲0.47%
  • S&P 5007 723▲0.60%
15°Bakı
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
Kriminal

Sumqayıtda gəlini və nəvəsinə xəsarət yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

image-hokm
hökm
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Sumqayıtda gəlini və nəvəsinə xəsarət yetirməkdə təqsirləndirilən Şahbala Mirzəməmmədovun məhkəməsi başlayır.

Busaat.az xəbər verir ki, iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Hafiz Əliyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası sentyabrın 25-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin martında Sumqayıt şəhəri ərazisində qeydə alınıb.

Belə ki, ittiham aktına görə, Ş.Mirzəməmmədov gəlini 40 yaşlı Sevinc Məhərrəmova və 9 yaşlı nəvəsini baltalayıb.

Qonşular qeyd edib ki, S.Məhərrəmovanın həyat yoldaşı Ruslan Mirzəməmmədov Rusiyada işlədiyinə görə onlar bir müddətdir uşaqların babası Ş.Mirzəməmmədovla birgə yaşayırmış. Hadisə qadının 3 azyaşlı uşağının gözü qarşısında baş verib. Köməyə yetişən qonşular yaşlı kişinin əlindən baltanı alıb, yaralıları isə xəstəxanaya yerləşdiriblər.

Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, neyrocərrahiyyə şöbəsində müalicəsi davam etdirilən xəstələrin vəziyyəti orta-ağır olaraq qiymətləndirilib.

Hadisəni törədən Ş.Mirzəmmədov saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=121475