
Suriyalı dəstələr Ukraynada döyüşmək üçün Rusiyaya gedir…
Rusiyalılar onlara ayda 1200 dollar, Suriyaya dönəndə isə 3000 dollar bonus vəd edib
Ukraynaya qarşı müharibəyə göndərilməzdən öncə hərbi hazırlıq keçmək üçün suriyalı muzdluların ilk qrupu Rusiyaya gəlib.
Busaat.az xəbər verir ki, bu barədə aprelin 1-də “The New York Times” saytı məlumat verib.
Nəşrin məlumatına görə, qrupun tərkibinə Bəşər Əsəd tərəfdə döyüşən Rusiya zabitləri ilə sıx əməkdaşlıq edən Suriya ordusunun diviziyasından olan ən azı 300 əsgər daxildir. Çoxları yolda ola bilər, bütün Suriya üzrə çəlb edənlər minlərlə namizədin siyahısını tərtib edib, onlar Suriya təhlükəsizlik xidmətləri tərəfindən yoxlanılmalı, sonradan rusiyalılara təhvil verilməlidir.
Son illər Suriya muzdluların ixrac edilən ölkəsinə çevrilib, bu da çoxillik müharibə səbəbibdən kişilərin çoxunun döyüş təcrübəsi əldə etməsilə bağlıdır. Bu müharibə ölkə iqtisadiyyatına böyük zərər vurub və insanlar iş tapmaqda çətinlik çəkir.Moderator.az
Ona görə də onlar muzdlu kimi Liviyada, Mərkəzi Afrika Respublikasında, indi isə Ukraynada istifadə edilir.
Bəzi suriyalılar Rusiyaya Əsədi dəstəklədiyinə görə minnətdardır, başqaları isə döyüşə pul müqabilində yazılır, onlar inanırlar ki, qeyri- döyüş işlərilə, məsələn, bazaların və ya neft obyektlərinin mühafizəsi ilə məşğul olacaq.
“New York Times” güman edir ki, bu müharibəyə çoxlu sayda suriyalılar cəlb edilə bilər. Nəşrin mənbəsi danışıb ki, söhbət döyüş təcrübəsi olan 16 min kişidən gedir.
Lakin bir çox şeylər məxfilik səbəbindən aydın deyil.
Rusiyada olan 300 əsgər Suriya ordusunun 25- ci diviziyasının nümayəndələridir və onlar “Pələng” qüvvələri kimi tanınıb. Onlar elit qüvvələr hesab edilir və rusiyalı zabitlərlə sıx əməkdaşlıq edir.
Rusiyalılar onlara altı ay müddətində hər ay 1200 dollar, Suriyaya dönən zaman isə 3000 dollar bonus təklif edib. Onların ailələrinə yaxınlarının həlak olacağı təqdirdə 2800 dollar üstəgəl bir il ərzində hər ay 600 dollar verilməsi vəd edilib.
Suriyada elit bölmələrin əsgərləri ayda 100 dollar, az elit əsgərlər isə 50 dollar qazanır. Bəzi əsgərlər Liviyadan gəlib, onlar orada az məvacib alır, əmək haqqı 1200 dollardan 800 dollara düşüb.























