Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft96.18 $▲1.52%
  • WTI neft89.03 $▲1.27%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.117 $▼1.33%
  • Qızıl3 861 $▼0.31%
  • Gümüş47.31 $▼0.42%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda589.00 ¢▲0.26%
  • Bitcoin64 651 $▼1.02%
  • Ethereum1 809 $▼1.38%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Gündəm

Şuşada elektrikli sərnişin avtobusları fəaliyyət göstərəcək - RƏSMİ

image-1700129523_cc515359-ffae-3e93-90ce-cdb382d3eb28_850
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Şuşa şəhərində kiçik tutumlu və elektrikli sərnişin avtobusları fəaliyyət göstərəcək.

Busaat.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov məlumat verib.

O bildirib ki, Şuşada daxili küçə və yol şəbəkəsinin yenidən qurulması layihəsi ilə paralel olaraq şəhərin ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi də aparılacaq:

“Yol şəbəkəsinin qurulması ilə birlikdə ictimai nəqliyyat da fəaliyyətə başlayacaq. Şuşa şəhərinin qoruq olmasını və tarixi yol şəbəkəsini nəzərə alaraq onu deyə bilərəm ki, burada daha çox kiçik tutumlu və elektrikli sərnişin avtobusları fəaliyyət göstərəcək”.

A.Kərimov deyib ki, Şuşa şəhəri ərazisində mövcud olan su, qaz, işıq xətlərinin hamısı yerin və səkilərin altına keçiriləcək, küçələr tam yenidən qurulacaq:

“Ümumi uzunluğu 56 kilometr olan daxili küçə və yol şəbəkəsinin ilk 17 kilometrlik hissəsinin tikintisinə isə gələn il başlanılacaq. Bu yol mühəndis təminat xətləri ilə birlikdə tam yenidən qurulacaq”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=128087