Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 047 $▼1.72%
  • Ethereum1 898 $▼1.51%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana səfər edəcək

image-emomeli-rehmon
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycana işgüzar səfər edəcək.

Bu barədə Busaat.az-ın ABŞ bürosuna açıqlamasında BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin bildirib.

Nazir Azərbaycanla əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb: “Bu yaxınlarda Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizə işgüzar səfərə gəldi. Səfər çərçivəsində iki ölkənin liderləri bir sıra çox mühüm ikitərəfli əməkdaşlıq sənədlərini imzaladılar. Eləcə də, bir neçə gün bundan əvvəl Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünü təşkil etdik. Cənab İlham Əliyev ölkə başçımız Emoməli Rəhmon tərəfindən görüşə fəxri qonaq qismində dəvət edildi. Biz onun görüşdə iştirakından böyük məmnunluq duyduq”.

“Bu yaxınlarda Azərbaycanda, Bakıda Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqram (SPECA) üzrə sammit keçiriləcək. Tacikistan sammitdə dövlət başçısının rəhbərliyi ilə yüksək səviyyədə iştiraka hazırlaşır”, – nazir vurğulayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=122772