Taliban və Çin şirkəti birgə neft axtaracaq

image-neft_newbackend

Əfqanıstanın şimalında Amu çayı ətrafında neft kəşfiyyatı və hasilatı üçün Taliban müvəqqəti hökuməti ilə Çinin CAPEIC şirkəti arasında müqavilə imzalanıb.

Busaat.az xəbər verir ki, paytaxt Kabildə keçirilən imza mərasimində Taliban administrasiyasının baş nazirinin müavini Əbdülqəni Qardaş, Mədən və Neft Nazirinin müavini Şahabəddin Dilaver, Çinin Kabildəki səfiri Vanq Yu və şirkət rəsmiləri iştirak edib.

Müvafiq olaraq, Əfqanıstanın şimalındakı Juzcan, Faryab və Ser-i Pol əyalətlərində ümumilikdə 4500 kvadrat kilometr sahədə neft kəşfiyyatı aparılacaq.

Kəşfiyyat işlərinə Çin şirkətinin ilk ildə 150 ​​milyon dollar, ilk 3 ildə isə ümumilikdə 540 milyon dollar sərmayə qoyacağı gözlənilir. Bildirilib ki, müqavilə müddəti 25 ildir, lakin Çin şirkəti 1 il ərzində öhdəliklərini yerinə yetirməsə, müqavilə avtomatik olaraq ləğv ediləcək.

Talibanın layihədə ilk olaraq yüzdə 20 pay alacağı, zaman keçdikcə bunun yüzdə 75-ə yüksələcəyi, layihə ilə 3 min əfqana iş imkanı veriləcəyi ifadə edilib.

Mədən və neft nazirinin müavini Dilavər gündəlik 20 min ton neft hasil etməyi planlaşdırdıqlarını qeyd edib.

Dilavər qeyd edib: “İlk 3 il kəşfiyyat dövrüdür. Bu müddət ərzində 540 milyon dollar investisiya yatırılacaq və hazırda Amu çayı hövzəsindən gündəlik 150-200 ton neft çıxarılır”.

Çinin Kabildəki səfiri Vanq isə sözügedən razılaşmanın Çin və Əfqanıstan arasındakı əlaqələr üçün əhəmiyyətli olduğunu bildirib.

Qeyd edək ki, əvvəlki Əfqanıstan hökuməti dövründə də Çin şirkəti ilə oxşar müqavilə imzalanıb, lakin müxtəlif problemlər səbəbindən layihələr həyata keçirilə bilməyib.

2021-ci ilin avqustunda ABŞ-ın rəhbərlik etdiyi NATO qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra gözlər Çinin Əfqanıstandakı investisiyalarının həcminə çevrilib, lakin Çinin Əfqanıstana marağı gözlənildiyi kimi olmayıb.

Digər tərəfdən, Taliban rəhbərliyi şimalda Bədəxşan əyaləti üzərindən Çinə açılan Vuhan dəhlizinin aktiv ticarət yoluna çevrilməsini istəyir və bunun üçün Çin hökumətindən dəstək gözləyir.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90