Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft93.42 $▲1.83%
  • WTI neft86.39 $▲1.62%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.206 $▲3.85%
  • Qızıl3 858 $▼0.49%
  • Gümüş47.35 $▼0.29%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda610.25 ¢▲1.79%
  • Bitcoin63 695 $▼1.73%
  • Ethereum1 788 $▼1.70%
  • S&P 5007 327▼1.25%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
İdman

Tanınmış basketbolçumuz həbs olundu - FOTO

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Basketbol üzrə Azərbaycan millisinin üzvü Amil Həmzəyev həbs olunub. “Gəncə” basketbol klubunun üzvü futbol üzrə Azərbaycan çempionatının (böyük ehtimalla, I divizion – S.M.) oyunları zamanı pul qoyuluşunda və nəticələrin müəyyənləşdirilməsində şübhəli şəxs qismində tutulub. O, Kürdəxanı İstintaq Təcridxanasında saxlanılır.

Onun həbs olunması barədə xəbəri “Futbol+” xəbəri yayıb.

Azərbaycan Basketbol Federasiyası Oxu.Az-a bu xəbəri təsdiqləyib.

Federasiyadan bildirilib ki, 30 yaşlı basketbolçu 1-2 aydır həbs olunub.

Qeyd edək ki, AFFA-nın baş katibi, indiki icraçı vitse-prezidenti Elxan Məmmədov yanvarın 8-də AFFA İcraiyyə Komitəsinin iclasından sonra mediaya digər idman növlərindən olan şəxslərin danışılmış oyunlarda iştirakının müəyyənləşdirildiyini bu formada bildirmişdi:

“Biz əvvəl də demişik. Bu, virusdur. Biz bu virusu məhv etməliyik. Bu yaxınlarda yeni adları açıqlayacağıq. Təəssüf ki, onların arasında məşhur adlar da var. Bu insanların bəziləri digər idman növlərində çalışan şəxslərdir”.

Onunla bağlı əldə etdiyimiz digər məqam Amil Həmzəyevin Bakıdakı “Fənərbaxça” idman məktəblərinin sahibi olmasıdır. Məhz 2016-cı ilin fevralın 3-də Vergilər Nazirliyinin yaydığı məlumatda Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov, ev 72 D, mənzil 80 ünvanında yerləşən “Fenerbahçe Azərbaycan” MMC-nin qeydiyyata alındığı və onun qanuni təmsilçisinin Amil Həmzəyev olduğu bildirilib. Bu məktəbdə basketbolla yanaşı, futbol və voleybol da fəaliyyət göstərir.

Amil Həmzəyevin Türkiyə klublarından “Fənərbaxça”nın adından istifadə etməsi də təsadüfi deyil. Çünki o, 2008-2009-cu illərdə bu klubun gənclərdən ibarət heyətinə seçilib.

Qeyd edək ki, Amil Həmzəyev Bakıda keçirilmiş IV İslam Həmrəylik Oyunlarında basketbolun 3×3 növündə millimizlə qızıl medal qazanıb. O, ölkəmizdə “Gəncə”nin şərəfini qorumazdan öncə Ukraynanın “Kremen” və Moldovanın “Rıbnitsa” klublarında legioner həyatı yaşayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=3223