Tanınmış musiqiçi, prodüser millət vəkili ilə həmfikir oldu

image-asifkerimiovbackend

“Mədəniyyətin dilində, qulağında-eşitməsində problem yaranıb. İki mahnı oxuyub, televiziyalarda Azərbaycanın xalqının əsəbləriylə oynayanaların bir qrupu xalq artisti adı alıb. Azərbaycan mədəniyyətinə axıra qədər xidmət edənlər isə kölgədə qalıb. Necə deyərlər, “Qarğa qarıldayıb mükafat aldı, biçarə bülbülə söz vermədilər”.

Busaat.az xəbər verir ki, bu sözləri Milli Məclisin son hesabatında millət vəkili, Milli Məclisin sədr müavini Fəzail İbrahimli deyib. Çıxış tez bir zamanda sosial şəbəkələrdə paylaşılıb və müzakirə obyektinə çevrilib.

Musiqi-prodüser Asif Kərimov da “Instagram” hesabında paylaşım edərək, mövzuya münasibət bildirib: “Biz deməkdən yorulmuşuq. Nəhayət ki, deputatlar da bunu dilə gətirdilər. Heç olmasa, bundan sonra nəzarət olunsun. Fəxri adlar veriləndə bu sahədə olan sənətkarlarla məsləhətləşsinlər ki, kimlər bu adlara layiqdir. Belə olsaydı, əsl savadlı, ömrünü bu sahənin elmi ilə məşğul olmağa həsr edən insanlar kənarda qalmazdı.”

“Ona görə də fəxri adlara yalnız müğənnilər deyil, uzun müddət onları müşayiət edən musiqiçilər də layiqdir. Əgər, belə olsaydı, ustad sənətkar, qarmon ifaçısı Xanlar Cəfərov fəxri adsız bu dünyadan köçməzdi. Heç olmasa bundan sonra ustad sənətkarlar-qarmon ifaçıları Şəmsi müəllim, Aydın müəllim, Əhliman müəllim, klranet ifaçıları Hakim müəllim, Qulamirzə müəllim, Vaqif müəllim və bir çox adlarını sadalaya bilmədiyim sənətkarlara sağlığında bu adlar təqdim edilsin”-deyə, musiqi-prodüser vurğulayıb.

image-asifins

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki