Yunanıstanda bağlanan neonasist Qızıl Şəfəq Partiyasının keçmiş deputatları parlamentdə türk əsilli deputatları “türk agenti” adlandırdıqlarına görə cinayət məsuliyyətinə cəlb olunmaları işində təqsirli bilinməyiblər.
Busaat.az Türkiyə mediasına istinadən xəbər verir ki, son qərarla neonasistlər günahsız elan edilib.
“Qızıl Şəfəq”in üç tanınmış keçmiş üzvü Nikos Mihaloliakos, Ellias Kasidiaris və Panagiotis İliopulos 2018-ci ildə Yunanıstan parlamentindəki bəzi deputatları “Türk agentləri” adlandırıblar. Parlamentdə Kipr məsələsi və Türkiyə ilə münasibətlərlə bağlı müzakirələr zamanı ifrat sağçı millət vəkilləri SİRİZA-nın Rodop millət vəkili Mustafa Mustafaya qarşı irqçi ifadələr işlədib: “Bir türk millət vəkilini aramızda saxlaya bilmərik. Türk agenti kənara”.
Məhkəmə hakim irqçi keçmiş vəkillərə qarşı ittihamların götürülməsinə qərar verib. Üç adın türk əsilli millət vəkilləri üçün işlətdiyi ifadələrin “irqçi şiddətə səbəb olacaq keyfiyyətə malik olmadığı” iddia edilib.
Məhkəmə zalında ifadə verən Kasidiaris “Türk agenti” ifadəsini işlətməyə davam edərək deyib: “Türk agentləri tərəfindən irəli sürülən bütün iddialar əsassızdır. Mən heç bir azlıq və ya etnik mənsubiyyət haqqında danışmamışam”.
Qeyd edək ki, Yunanıstanın məhkəmə sistemi 2020-ci ildə ifrat sağçı Qızıl Şəfəq Partiyasının “cinayətkar təşkilat” olduğuna qərar verib. Yunanıstanı bürüyən iqtisadi böhrandan sonra güclənən və 2012-ci ildə parlamentə daxil olan partiyanın keçmiş liderləri hələ də “cinayətkar təşkilata üzv olmaq” ittihamı ilə həbsdədirlər.
Busaat.az