Fazil Mustafaya sui-qəsd edən şəxs saxlanıldı – YENİLƏNİB

image-1464463backend

Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxsin saxlanılması haqda xəbər yayılıb.

Busaat.az xəbər verir ki, bu barədə haqqın.az saytı məlumat yayıb.

Bildirilib ki, şübhəli şəxs Qaradağ rayonu ərazisində saxlanılıb.

***

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev globalinfo.az-a açıqlamasında hələ ki məsələ ilə bağlı rəsmi məlumatın olmadığını bildirib.

Globalinfo.az-ın özəl mənbələrdən əldə etdiyi məlumata görə millət vəkilinə sui-qəsdi həyata keçirən şəxs iki gün öncə saxlanılıb. Bunun ictimailəşməməsinin səbəbi sırf əməliyyat hərəkəti ilə bağlı olub.

Məlumatda saxlanılanların bir neçə nəfər olduğu iddia edilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90