“Taxıl problemini həll etmək üçün Ankara ilə işləməyə hazırıq” – Lavrov

image-lavrovbackend

“Rusiya tərəfi Ukrayna taxılının daşınması problemində Türkiyə ilə işləməyə hazırdır”.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, bunu Belarusun Milli Dövlət Teleradio Şirkətinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Lakin limanlara gəlincə, onlar bizim tərəfimizdən bağlanmayıb. Bu ilin mart ayından silahlı qüvvələrimiz Ukraynanın minalanmış ərazi sularından Bosfor boğazına qədər təhlükəsiz dəhlizlər elan edir. Ukrayna tərəfi limanları təmizləməlidir. Ukrayna taxılının daşınmasının ən asan yolu Belarusdan keçir, Polşa və Rumıniyadan keçən marşrutlar daha baha başa gəlir”, – deyə o bildirib.

Lavrovun sözlərinə görə, “bunun üçün yalnız bütün logistika və maliyyə zəncirlərini təmin etmək lazımdır”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90