Tbilisidə xüsusi polis qüvvələri işə qarışdı, saxlanılan etirazçıların sayı 77-yə çatdı – DİN

image-people-protest-against-the-foreign-agents-law-in-tbilisibackend
image-ad_qayo_720x110px

Gürcüstan polisi çərşənbə axşamı paytaxt Tbilisinin mərkəzində ölkə parlamenti yaxınlığında keçirilən etiraz aksiyasının daha 10 iştirakçısını saxlayıb və bununla da saxlanılanların ümumi sayı 77-yə çatıb.

Busaat.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Mitinqdə təhlükəsizliyin və asayişin qorunması məqsədilə Daxili İşlər Nazirliyi polisin qanuni tələblərinə tabe olmadıqları üçün daha 10 nəfəri saxlayıb”, – məlumatda deyilir.

Etiraz aksiyasının keçirildiyi yerə gedərkən saxlanılan şəxslər özləri ilə elektrik şoker, dəyənək, daş, pirotexniki vasitələr və boya kimi qadağan olunmuş əşyalar aparıblar. Daxili İşlər Nazirliyi qeyd edib ki, polis əməkdaşlarına zorakılıq edən bir nəfər saxlanılıb.

Polisin məlumatına görə, daha bir neçə şübhəli şəxs müəyyən edilib. Onların saxlanılması istiqamətində əməliyyat aparılır.

Çərşənbə axşamı Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanun layihəsinin gürcü variantını birinci oxunuşda qəbul edib. İclasla paralel olaraq qanun layihəsinə qarşı minlərlə etirazçı parlament binası qarşısında toplaşıb. Bundan sonra gərginlik artıb.

Çevik qüvvələr polisi gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Gecə təhlükəsizlik qüvvələri etirazçıları parlament binasına bitişik ərazidən çıxarmağa məcbur edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki