TƏBİB az öncə açıqladı: Rayonda yaşayanlar, DİQQƏT! – COVID-19

TƏBİB az öncə açıqladı: Rayonda yaşayanlar, DİQQƏT! – COVID-19backend

“Koronavirus (COVID-19) əleyhinə vaksinin istər birinci, istərsə də ikinci dozasını şəxsin yaşadığı və ya qeydiyyatda olduğu yerdən asılı olmayaraq ölkə ərazisində istənilən tibb məntəqəsinə yaxınlaşmaqla vurdurmaq olar”.

Busaat.az xəbər verir ki, bu barədə TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, yaşadığı yer üzrə tibb məntəqəsində koronavirus əleyhinə birinci doza vaksin vurduran şəxs ikinci dozanı almalı olduğu vaxtda digər rayonda olarsa, həmin vaxt olduğu yer üzrə tibb məntəqəsində ikinci doza peyvənd oluna bilər. Həmçinin, ilk dozanı rayonda alan şəxs də Bakıda ikinci dozanı qəbul edə bilər.

TƏBİB-dən bildirilib ki, bu qayda yaş kateqoriyasına aid olmayan şəxslər üçün də keçərlidir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90