Şəki Rayon Mərkəzi Xəstəxanasında müasir kompüter tomoqrafiyası (KT) fəaliyyətə başlayıb

image-rentgenbackend

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrinin infrastrukturun və maddi-texniki bazasının təkmilləşdirilməsi davam etdirilir.

Həyata keçirilən işlərin davamı kimi Şəki Rayon Mərkəzi Xəstəxanasında kompüter tomoqrafiyası (KT) yenilənib.

Bu barədə Busaat.az-a TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova məlumat verib.

O bildirib ki, artıq 10-dan çox pasiyent sözügedən xidmətdən yararlanıb.

Yeni KT 64 slayslı kontraslı və nativ çəkiliş, eləcə də 3D görüntüləmə, yüksək ayırdetmə və aşağı dozalı skanetmə qabiliyyətinə malikdir.

Qeyd edək ki, kompüter tomoqrafiyası daxili orqanların, sümüklərin, yumşaq toxumaların və qan damarlarının təfsilatlı görüntüsünü əldə etmək üçün istifadə olunan şüa diaqnostikası metodudur. Bu metodun əsasını rentgen şüalarının istifadəsi təşkil edir.

Adi rentgen müayinəsindən fərqli olaraq, kompüter tomoqrafiyası bir sıra toxumaların, həmçinin ağciyərin, sümüklərin və qan damarlarının təfərrüatlı görüntüsünü verir, görüntüləməni real zaman rejimində təmin edir. Kompüter tomoqrafiyasının köməyi ilə təyin olunmuş diaqnoz, diaqnostik cərrahi müdaxiləyə və yaxud biopsiyaya ehtiyacı aradan qaldıra bilər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki