TƏBİB: “Füzuliyə köçürülən sakinlər 24 saat ərzində tibbi xidmətlə təmin olunacaqlar”

image-tebibbackend

“Füzuli şəhərinə köçürülən sakinlər 24 saat ərzində tibbi xidmətlə təmin olunacaqlar”.

Bu barədə Busaat.az-a sakinlərin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat verilib.

Bildirilib ki, işğaldan azad olunmuş rayonlara köçürülən sakinlərin TƏBİB tərəfindən tibbi müayinələri aparılır: “Müayinələr “Böyük Qayıdış” layihəsi çərçivəsində və icbari tibbi sığorta hesabına vətəndaşlar üçün ödənişsiz əsaslarla həyata keçirilib”.

“Bu gün tibbi müayinədən keçən 23 ailədən olan 90 nəfər Qaradağ rayonunun Qobu park ərazisindən TƏBİB-in 113 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin əməkdaşlarının müşaiyəti ilə Füzuliyə yola salınıb.

Bundan başqa, Füzuli şəhərinə köçürülən sakinlər Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası tərəfindən 24 saat ərzində tibbi xidmətlə təmin olunacaqlar”, – məlumatda qeyd edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki