TƏBİB: Həftəsonu qısamüddətli qapanmalarda istədiyimiz nəticəni görə bilmədikbackend

“İkigünlük sərt karantin rejimi gözlədiyimiz nəticəni vermədi”

Busaat.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı bildirib.

Yaqut Qarayeva qeyd edib ki, maskadan istifadə edilməsi həyat tərzimiz olmalıdır:

“Bugünkü gündə hər kəs başa düşməlidir ki, özünü qorumalıdır. Bunu həkimlər üçün deyil, öz yaxınlarınız və özünüz üçün etməlisiniz. Yaxın aylarda və illərdə maskadan istifadə edilməlidir. Maskasız normal həyata qayıtmağımız mümkün olmayacaq”.