TƏBİB peyvəndləmə ilə bağlı valideynlərə MÜRACİƏT

TƏBİB peyvəndləmə ilə bağlı valideynlərə MÜRACİƏTbackend
image-uzb_ads_desk

Erkən aparılan peyvənd uşaqları difteriya, iflic, tetanus və s. kimi bir çox ciddi və ölümcül xəstəliklərdən qoruyur.

Busaat.az xəbər verir ki, bu barədə TƏBİB-in valideynlərə immunlaşdırma həftəsində etdiyi müraciətdə bildirilib.

“Əgər uşağınız bu xəstəliklərə yoluxmursa, deməli, adını bilmədiyiniz peyvəndlər köməyə gəlib. Lakin uşağın immun sistemi aşağıdırsa, görünməyən xəstəliklər uşaqları təkrarən yaxalaya bilər”, – müraciətdə qeyd olunub.

Xatırladaq ki, Səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı müvafiq əmrə əsasən, aprelin 20-26-da respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki