Məzmuna keç
  • Azeri Light127.60 $▲0.00%
  • Brent neft110.86 $▲1.05%
  • WTI neft101.13 $▲0.34%
  • Avropa qazı (TTF)94.68 €▼1.47%
  • Təbii qaz (ABŞ)3.062 $▲0.82%
  • Qızıl4 069 $▲0.98%
  • Gümüş54.41 $▲1.22%
  • Pambıq77.90 ¢▼1.53%
  • Buğda612.00 ¢▼0.41%
  • Bitcoin80 871 $▲0.31%
  • Ethereum2 354 $▲0.55%
  • S&P 5007 723▲0.60%
15°Bakı
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
Dünya

Tehran Vaşinqtonun nüvə anlaşmasını yerinə yetirməsini gözləyir

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“İran ABŞ Prezidenti Co Bayden administrasiyasından nüvə razılaşması ilə əlaqədar hələ ki, bir irəliləyiş gör

Busaat.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə bu gün keçirilən brifinqdə deyib.

“Bu vaxta qədər Birgə Hərtərəfli Fəaliyyət Planında yeni bir şey baş verməyib. Bizim mövqeyimiz eynidir – sanksiyalar ləğv edilməli və ABŞ da digər tərəflər kimi nüvə razılaşmasını lazımi şəkildə həyata keçirməlidir”, – deyə Xətibzadə bildirib.

Onun sözlərinə görə, İranın nüvə öhdəliklərindən imtina etməsi üçün etdiyi bütün hərəkətlər geri çəkilə bilər, lakin Tehran anlaşma tərəflərinin razılaşmanı və nüvə anlaşmasını təsdiqləyən BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini yerinə yetirməsini gözləyir.

Qeyd edək ki, bundan əvvəl Ağ Ev Prezident Co Baydenin müttəfiqləri ilə İranla danışıqlar planlarını müzakirə etməyi planlaşdırdığını bildirmişdi.

2015-ci ildə böyük altılıq (İngiltərə, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa) və İran Birgə Hərtərəfli Fəaliyyət Planına nail olduqlarını elan etmişdilər.

Razılaşma İranın nüvə proqramının məhdudlaşdırılması qarşılığında sanksiyaların ləğv edilməsini nəzərdə tuturdu. Müqavilə nəzərdə tutulduğu müddətdə davam etməmiş və cəmi iki il sonra 2018-ci ilin mayında ABŞ müqavilədən birtərəfli çıxaraq Tehrana qarşı sərt sanksiyaların bərpa olunduğunu elan etmişdi.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=32729