“Tələbə Fondu təhsil haqlarından əlavə, digər xərcləri də ödəyə bilər

image-telebe-1backend

“Təhsil Tələbə Kredit Fonduna ayrılan vəsaitin strukturuna yenidən baxılmalıdır”.

Busaat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində bildirib.

Deputat qeyd edib ki, gələcəkdə Təhsil Tələbə Kredit Fondu yalnız təhsil haqlarının ödənilməsi ilə bağlı deyil, həm də təhsillə bağlı digər xərclərin də ödənilməsini nəzərdən keçirməlidir: “Çünki həmin Fondda dövlət büdcəsindən ayrılan vəsaitin həcmi artırılıb. Rəqabətli istehsal sahələrinin inkişaf etdirilməsi üçün vəsait strukturuna yenidən baxılmalıdır. Nəticəyönümlü elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi üçün tədbirlər planı hazırlanmalıdır”.Qafqazinfo

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki