Məzmuna keç
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.87 $▼0.20%
  • WTI neft83.62 $▲0.76%
  • Avropa qazı (TTF)88.70 €▲5.03%
  • Təbii qaz (ABŞ)3.791 $▲17.33%
  • Qızıl3 539 $▲0.17%
  • Gümüş41.08 $▼0.68%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda593.00 ¢▲0.13%
  • Bitcoin58 962 $▼4.76%
  • Ethereum1 619 $▼7.79%
  • S&P 5006 910▼3.72%
13°Bakı
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
Gündəm

Tələbələrdən təhsil haqqı tələb edilməsinə MÜNASİBƏT

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Təhsil naziri Ceyhun Bayramov bəzi universitetlər tərəfindən tələbələrdən təhsil haqqının tələb edilməsinə münasibət bildirib.

Busaat.az-ın məlumatına görə, C.Bayramov deyib ki, pandemiya dövründə tələbələrin məsafədən bilik əldə etməsi üçün bütün işlər ali təhsil müəssisəsinin işçiləri tərəfindən görülüb. Məktəblər tərəfindən qısa müddətdə məzmunun çatdırılması üçün elektron xidmətlər göstərilib:

“Ona görə də təhsil haqqının tələb edilməsini normal qəbul etməliyik. Bu işlərin hamısını məktəblərin professor-müəllim heyəti, orada çalışan texniki heyət təqdim edib. Bir çox hallarda onlar üçün məsafədən məzmunun təqdim edilməsi ənənəvi formada təqdim edilmədən daha çətin olur. Çünki ənənəvi formada məzmunun təqdim edilməsi onların uzun illər ərzində öyrəşdikləri ünsiyyət formatıdır. Amma onlayn fomada məzmunun çatdırılmasının özünün özəlllikləri, standartları var.

Bu halda məzmun yığcam təqdim edilməli, interaktivlik formatı olmalıdır. Bu işlər davamlı olaraq görülüb. Əgər bu işlər görülməsəydi, 100 minlərlə tələbəmiz onlayn dərslərə cəlb edilə bilməzdi. Mən deyə bilmərəm ki, ali məktəblərdə çalışan insanların iş həcmi azalıb. Əksinə bu iş onlar üçün daha mürəkkəb olub. Çünki onlar öyrəşdikləri formatdan daha fərqli formatda fəaliyyət göstərirlər”.

Qeyd edək ki, pandemiya ilə əlaqədar Azərbaycanda martın 3-dən ölkənin bütün təhsil müəssisələrində təlim-tədris prosesi dayandırılıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=10079