Təqaüdçülər ölkəsi- San Marino – FOTO

image-0backend

Dörd tərəfdən İtaliya ilə əhatə olunmuş San Marino dünyanın ən kiçik ölkələrindən biridir.

Tarixi çox qədimlərə gedən bu kiçik ölkə çoxəsrlik quruluşu ilə qonaqları valeh edir. Əhalisinə görə Avropanın ən kiçik ölkələrindən biri olan bu ölkədə yaşayanların əksəriyyəti təqaüdçüdür. Tez-tez futboldakı uğursuz nəticələri ilə gündəmə gələn bu kiçik ölkə haqqında bilinənlər əslində o qədər də çox deyil.

Gəlin, bu Avropa ölkəsi haqqında bilmədiklərimizi öyrənək:

San Marino dünyanın ən qədim yaşayış yerlərindən biridir. 33 min insanın yaşadığı bu kiçik ölkə hər il 80 mindən çox turisti qəbul edir. Hələ də orta əsrə aid binaların olduğu San Marino öz vətəndaşlarından iki dəfə çox turisti qarşılayır. Buradakı tikililərin əksəriyyəti keçmişə bağlıdır. Roma İmperiyası torpaqlarında işgəncələrdən qaçan xristianlar o dövrdə gəlib çatmaq çətin olan bu dağlıq bölgəyə sığınıblar. Bu cəhətdən ən çox turistlərin diqqətini çəkən San Marino rəsmi məlumatlara görə xarici qonaq sayında ən çox artım göstərən ölkələrdən biri olub.

Bu ölkə 2019-cu ilin məlumatlarına görə Avropa qitəsində Türkiyə ilə bərabər ən çox turist sayını artıran ölkələrdən biridir. San Marinoda yaxın gələcəkdə mövcud yaşayış yerlərinin yetərsiz olacağı proqnozlaşdırılır. Ancaq pandemiya dövrü ölkəyə gələn turistlərin sayı demək olar ki, sıfıra enib. UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan ölkədə yeni obyektlərin yaradılmasında müəyyən məhdudiyyətlərin olduğunu nəzərə alsaq, problemlərin yaxın gələcəkdə həll olunması gözlənilmir. Ölkədəki əksər binaların tarixi qədim dövrə aiddir. San Marino hələ də orta əsr memarlığını uğurla qoruyur. Ölkənin ən yüksək nöqtəsində yerləşən tarixi qala, San Marinonun ən vacib simvollarından biridir. Üstəlik, demək olar ki, hər yerdən görünə bilən və hər yeri görə bilən bir nöqtədədir. Bu qaladan əlavə olaraq, əksəriyyəti orta əsr evləri ilə dolu olan küçələri kiçik ölkənin ən diqqətçəkən tərəflərindəndir. İtaliyaya və xüsusuilə də Rimini bölgəsinə gələn turistlərin maraq göstərdiyi San Marino sərhədləri daxilində təəssüf ki, hava limanı yoxdur.

Bu kiçik ölkəyə getmək üçün mütləq İtaliyadan keçmək lazımdır. İtaliyanın Rimini şəhərində yerləşən Federiko Fellini hava limanı San Marinoya gəlmək istəyənlər üçün ən çox istifadə edilir.

San Marino bir çox ölkəyə viza tətbiq etməməsinə baxmayaraq İtaliyadan keçilməli olduğu üçün bir Şengen vizası olmalıdır. Avropa Birliyinin üzvü olmasa da, ölkə Avronu rəsmi pul vahidi kimi istifadə edir. Ölkənin əsas dili italyan dilidir. Bununla birlikdə, sıx turizm qarşılıqlı əlaqəsi sayəsində ingilis dili də danışılan dillər arasındadır. Bir çox cəhətdən özünüzü orta əsrlərdə hiss edəcəyiniz bu möhtəşəm ölkənin əhalisi, bəzi səbəbdən, xüsusən yaşlanan əhalisinə görə gündən-günə azlır.

Məhsuldarlığın çox aşağı olduğu ölkədə bu vəziyyətin yaxın gələcəkdə ciddi problemlərə səbəb olacağından böyük narahatlıq var. Əhali nisbətinə görə dünyanın ən çox təqaüdçüsü olan San Marinoda gələcəkdə sığorta sistemində də böyük problemlərin olacağı proqnozlaşdırılır. Nəzərə alsaq ki, burada orta insan ömrü böyük olduğundan bu çox normaldır.“İki sahil”

image-1 image-2 image-4 image-6

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki