Test verib ad günü keçirdilər – Fotolar

image-fdszbackend

Türkiyənin tanınmış aktrisası Belçim Bilgin bir gün əvvəl yeni yaşını dostları ilə birlikdə qeyd edib.

Busaat.az xəbər verir ki, 38 yaşı tamam olan aktrisa ölkədə tətbiq olunan sərt karantin rejimində ziyafət təşkil edib. “COVID-19” testləri mənfi nəticələndikdən sonra bir araya gəldiklərini bildirən Bilgin doğum günü tədbirində çəkilən fotoları instaqram hesabında paylaşıb.

Mərasimdə 15-ə yaxın tanınmış şəxs iştirak edib. Onlar arasında aktrisa Beren Saat və müğənni Kenan Doğulu da olub. Sosial mediada yaxın dostunun ad gününü təbrik edən Saat Belçimin bir yaş daha gözəlləşdiyini vurğulayıb.

Qeyd edək ki, Türkiyədə koronavirusa qarşı tətbiq edilən məhdudiyyətlərə əsasən, mağaza və marketlər istisna bütün müəssisələrin, həmçinin restoranların fəaliyyəti dayandırılıb.

image-dds image-nbv image-sda

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90