Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 659 $▼0.09%
  • Ethereum2 231 $▼0.18%
  • S&P 5007 377▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Analitika

"Təxribatlarda ermənilərin məqsədi odur ki, Azərbaycanın sülh mövqeyi əks istiqamətə dəyişsin..." - ŞƏRH

image-247d7764-b432-49a9-8e2b-339e619adbb3
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ötən həftə Ermənistan ərazisindən Laçın dövlət sərhəd-buraxılış məntəqəsinin atəşə tutulması bir daha Ermənistanın sülh tərəfdarı olmadığını sübut etmiş oldu. Bəs Laçındakı təxribatın arxasında kim dayanır?

Sülh danışıqları istiqamətində növbəti hazırlıqların getdiyi bir zamanda belə bir təxribatın törədilməsində düşmənin məqsədi nədir?

Mövzu ilə bağlı sabiq deputat, siyasi şərhçi Cümşüd Nuriyev Busaat.az – a açıqlama verib:

“Əslində bu təxribatlar gözlənilən idi. Çünki, Paşinyanın bəyanatı və onun Ərdoğanın andiçmə mərasimində iştirakı da həmçinin Azərbaycanın ərazi bütövlüyünü tanıması və Pakistan Baş nazirinin Ermənistanın Azərbaycan ərazi bütövlüyünü tam tanıyacağı təqdirdə Ermənistanı dövlət kimi tanıyacaqlarını bildirməsinin fonunda Ermənistan – Azərbaycan yaxınlaşmasını görürük.

Amma 300 ildir ki, başımıza bəla açan Rusiyanı və İranı narahat edir. Bu ölkələrin hər ikisi bizi heç zaman sevməyib sevməyəcək də. Bu illər ərzində başımıza gələn faciələrin, bəlaların arxasında farslarla ruslar durur. Həm Laçında sərhədçimizə açılan atəş həm Zəngilandakı zastvaya hücumun birmənalı şəkildə arxasında Rusiya, İran və erməni Daşnaksütun dayanır. 

Çünki, Paşinyan bütün hallarda Qarabağdan qurtulmaq istəyir. Ermənilərin böyük Ermənistan xəyalları puç olur.  Ona görə də hücumlarda ermənilərin məqsədi odur ki, Azərbaycanın sülh mövqeyi əks istiqamətə dəyişsin. Sülhməramlılarla Azərbaycan ordusu toqquşsun. Nəticədə də dünya görsün ki, Azərbaycan savaş edir. Amma görünən odur ki, dövlətimiz bunu gözəl bilir.

Həm də indiki zamanda Ermənistan beynəlxalq təzyiqlər çoxalıb. Moskva da çox ciddi təlaşdadır. Bütün platformalarda ermənilərə təzyiqlər nəticəsində də bu təxribatların olması ehtimalı var.  Daha çox təxribatların olacağını təəssüf ki, pronozlaşdırmaq mümkündür. Bu bir həqiqətdir. 

Ermənistan tərəfi istənilən halda mümkün qədər vaxt qazanıb, özü üçün yeni havadarlar axtarışındadır. Rusiyanın Ukrayanada məğlub olacağına ümid edən Ermənistan maksimum təxribatlara əl atmağa davam edəcəkdir.”

Bünyamin Bünyadzadə

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=113295