Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft93.06 $▲1.94%
  • WTI neft86.82 $▲1.82%
  • Avropa qazı (TTF)90.00 €▲3.19%
  • Təbii qaz (ABŞ)3.281 $▲0.40%
  • Qızıl3 936 $▼1.13%
  • Gümüş50.77 $▼1.28%
  • Pambıq82.64 ¢▲0.36%
  • Buğda598.00 ¢▼0.58%
  • Bitcoin73 352 $▼0.78%
  • Ethereum2 042 $▼0.58%
  • S&P 5007 619▲1.29%
12°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
İdman

Teymur Rəcəbov Azərbaycan millisindən İMTİNA ETDİ - SENSASİYALI AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 44-cü Ümumdünya Şahmat Olimpiadasında millinin heyətində iştirakdan imtina edib.

Busaat.az  Apasport.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı onun komanda yoldaşı Vasif Durarbəyli verib.

O, Rəcəbovu bu addımına görə qınayıb: “Komanda yoldaşı ilə problem olmaması üçün uzun müddətdir bu mövzuda fikir yazmaqdan yayınırdım. Birdən Teymur Rəcəbov fikrini dəyişər və millidə oynayar, amma bu baş vermədi. Adının nə qoyulacağını tezliklə bilərik”.

Durarbəylinin sözlərinə görə, Teymurun Hindistana yollanmaması yığmamızın medal qazanmaq şansını azaldacaq: “Bu dəfə Azərbaycanın ilk olimpiya medalı qazanmaq üçün tarixi şansı yaranmışdı. Prinsipcə, hələ də itməyib, lakin açıq danışmaq lazımdırsa, Azərbaycanda Rəcəbovu əvəzləyəcək şahmatçı yoxdur və onun getməməsi medal şansını xeyli azaldır. Bu məqamda xatırlatmaq yerinə düşər ki, Rəcəbovun bu mövqeyə çatması üçün dövlət milyonlar xərcləyib. Təbii ki, belə borcu ödəmək mümkünsüzdür. Fəqət, ən azı şəxsi şahmata davam edilən müddətdə yığmada oynamaq şərtdir. Şəxsi turnirlərdə hər kəs sırf öz mənfəəti, yığmada isə ümumi xeyir üçün iştirak edir”.

Millinin üzvü komanda yoldaşının geridə qalan müddət ərzində buna bənzər addımlara tez-tez əl atdığını da xatırladıb: “Kimisi Məmməd Arazın “Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim”, – kəlamını əyani həyatımızda nümayiş etdirir. Kimisi də Rəcəbov kimi, milyonlarla yatırım alır, amma sonsuz mənəvi məsuliyyətinin olduğunu görünür, dərk etmir. 2019-cu ildə son anda yorğunluğu bəhanə edib komandanı yarı yolda qoymaq, 2021-ci ildə 8 oyun mübarizəsiz heç-heçələr, indiki imtina və hələ bildiyim, amma bölüşmədiyim bir çox qeyri-ictimai məlumatlar mənə bunu deməyə əsas verir. Qısası, məncə, Rəcəbov iki əli qanda olsa belə, özünü bu Olimpiadaya yetirməli idi! Etmədiyinə görə də onu qınayıram”.

 

Qeyd edək ki, Rəcəbovu Olimpiadada əvəzləyəcək şahmatçı da artıq bəlli olub. 35 yaşlı qrossmeysterin əvəzinə Hindistana kapitan kimi getməli olan Nicat Abasov Teymurun yerinə mübarizə aparacaq. Komandada onunla yanaşı, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov və Vasif Durarbəyli yer alacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=81834