Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft93.42 $▲1.83%
  • WTI neft86.39 $▲1.62%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.206 $▲3.85%
  • Qızıl3 858 $▼0.49%
  • Gümüş47.35 $▼0.29%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda610.25 ¢▲1.79%
  • Bitcoin63 695 $▼1.73%
  • Ethereum1 788 $▼1.70%
  • S&P 5007 327▼1.25%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
İdman

Teymur Rəcəbov “Namizədlər turniri”ndə favoritlərin adlarını açıqladı

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Hər kəsin uğur qazanma şansı var. O cümlədən mənim”.

Bu sözləri azərbaycanlı qrossmeyster Teymur Rəcəbov “RİA Novosti”yə müsahibəsində mart-aprel aylarında Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək şahmat turnirində namizədlərin qalib gəlmək şansı barədə danışarkən bəyan edib.

Bununla belə, onun sözlərinə görə amerikalı Fabiano Karuana və Çin təmsilçisi Din Lijenin şansı daha yüksəkdir.

Müsabiqə 15 martdan 5 aprelə qədər iki turda keçiriləcək. 2020-ci ilin payızında dünya çempionu norveçli Maqnus Karlsenlə titul matçı oynamaq hüququ uğrunda mübarizədə Rəcəbovla bərabər Karuana, Din Lijen, həmçinin Aleksandr Qrişuk, Yan Nepomnyaşiy, Kirill Aleksenenko (Rusiya), Aniş Qiri (Hollandiya) və Van Hao (Çin) iştirak edəcək.

Qrossmeyster namizədlərin turnirində favoritlərin kim olduğunu söyləməyin çətin olduğunu bildirib:

“Reytinq üzrə baxsanız Fabiano Karuana və Din Lijenin adını çəkmək lazımdır. Obyektiv olaraq, digər iştirakçılara nisbətən onların daha çox qazanma şansları var, çünki son zamanlar onlar daha sabit nəticələri göstərirlər. Yekun nəticənin necə olacağını demək çətindir”.

Rəcəbov turnir iştirakçılarının tərkibinin dəyişkən olduğunu vurğulayıb:

“Yan Nepomnyaşiy reytinqdə yüksək qiymətləndirilir, amma klassik şahmatda həmişə sabit deyil. O, möhtəşəm turnir keçirə və uğursuz çıxış edə bilər. Ancaq ümumilikdə, Yan əvvəllər olduğundan daha sabit oynayır. Düşünürəm ki, o, həm şahmat, həm də psixologiyası üzərində çox işləyir. Aleksandr Qrişuk çox güclü şahmatçıdır və yaxşı vəziyyətdə olduqda ən yüksək səviyyəli oyun nümayiş etdirir”.

Qeyd edək ki, Teymur Rəcəbov 2019-cu ildə Dünya Kubokunun qalibi olmaqla “Namizədlər turniri”ndə yarışmaq hüququ qazanıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=2558