Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft93.11 $▲1.49%
  • WTI neft86.03 $▲1.20%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.206 $▲3.85%
  • Qızıl3 855 $▼0.58%
  • Gümüş47.28 $▼0.43%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda610.25 ¢▲1.79%
  • Bitcoin63 633 $▼1.83%
  • Ethereum1 787 $▼1.78%
  • S&P 5007 325▼1.29%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
İdman

Teymur Rəcəbovun imtina etdiyi turnir azarkeşsiz keçiriləcək

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiyanın Yekaterinburq şəhərindəki şahmat üzrə İddiaçılar Turniri azarkeşsiz keçiriləcək.

“Report”un məlumatına, bu barədə TASS-a turnirin Təşkilat Komitəsinin Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, tamaşaçılar oyun zalına buraxılmayacaqlar. Onlar yalnız turnirin keçiriləcəyi otelə gəlib şərhçini dinləyə biləcəklər/ Orada şahmat muzeyinin sərgisi də təşkil olunacaq.

Təşkilat Komitəsi məhdudiyyətin koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədi daşıdığını vurğulayıb.

Xatırladaq ki, azərbaycanlı şahmatçı Teymur Rəcəbov koronavirus təhlükəsinə görə İddiaçılar Turnirində iştirakdan imtina edib. 33 yaşlı qrossmeysteri Maksim Vaşye-Laqrav əvəzləyib.

Yarış martın 15-dən aprelin 5-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək. Turnirdə ümumilikdə 8 şahmatçı – Fabiano Karuana (ABŞ), Aniş Giri (Niderland) Maksim Vaşye-Laqrav (Fransa), Aleksandr Qrişuk, Yan Nepomnyaşi, Kirill Alekseyenko (hamısı Rusiya), Dinq Liren və Van Hao (hər ikisi Çin) iştirak edəcəklər. Yarışın qalibi norveçli dünya çempionu Maqnus Karlsenlə şahmat tacı uğrunda mübarizə aparacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=5633