Təyyarədə ŞOK YAŞANDI: Yeməkdən siçan çıxdı, təcili eniş etdilər

image-1726898974_mouse-airplane-food-092024-04a9b16b7a4d436297af6300664fc643-1-jpg-1726904160backend

“Scandinavian Airlines” aviaşirkətinin Oslo-Malaqa reysi ilə uçan təyyarəsində qəribə hadisə baş verib.

Bakıvaxtı.az “Guardian”a istinadən xəbər verir ki, Norveçdə havalanan təyyarə bu hadisəyə görə Danimarkanın paytaxtı Kopenhagenə təcili eniş edib.

Belə ki, sərnişinlərə təqdim olunan yeməklərdən birinin içindən siçan çıxıb. Bəxtinə “siçanlı yemək” düşən sərnişin qablaşdırmanı açan kimi diri olan siçan tullanaraq təyyarənin kabinində gözdən itib.

Bu, təhlükəsizliklə bağlı riskli vəziyyət yaratdığından ekipaj təcili enişlə bağlı qərar qəbul edib. Sərnişinlər arasında böyük panika yaşanıb.

Səlahiyyətlilər gəmiricilərin təyyarələrdə arzuolunmaz olduqlarını deyir. Belə ki, siçan və siçovul kimi heyvanlar elektrik naqillərinə zərər verə bildiklərindən bu durumun uçuşun təhlükəsizliyi ilə bağlı problemlər yaratdığı qeyd olunur.

Kopenhagenə enişdən sonra prosedurlara uyğun olaraq təyyarə texniki baxışa göndərilib və sərnişinlər başqa təyyarə ilə yola davam ediblər. Onlar Malaqaya sağ-salamat çatıblar.

Aviaşirkətin rəsmiləri hadisə ilə bağlı araşdırmalara başladıqlarını və belə halların çox nadir olduğunu vurğulayıblar: “Tədarükçülərimizlə birlikdə bunun təkrar yaşanmamasını təmin edəcəyik”.

Sərnişinlərdən birinin hadisə ilə bağlı təəssüratlarını feysbukda paylaşması olayı sosial mediada viral edib: “İnanmaq çətindir, amma yanımda oturan qadın yeməyini açanda birdən siçan tullandı”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki