“Tibbi maskanın qiyməti aşağı salınmalıdır” – Deputat

“Tibbi maskanın qiyməti aşağı salınmalıdır” – Deputatbackend

“Tibbi maskanın satış qiymətini 5 qəpiyə endirmək lazımdır ki, məsuliyyətsiz vətəndaş üçün zərrə qədər də bəhanə yeri saxlanılmasın”.

Busaat.az xəbər verir ki, bunu deputat Fazil Mustafa koronavirusla bağlı ölkəmizdəki vəziyyətə münasibət bildirərkən qeyd edib.

Üzü payıza doğru ikinci dalğanın baş verəcəyini və pis sürprizlərin önümüzə çıxacağını bildirən Fazil Mustafa hesab edir ki, pandemiya şəraitində Azərbaycan hökuməti çox işlər görsə də, bəzi vətəndaşların məsuliyyətsizliyi arzuolunan nəticəyə mane olur:

“Artıq xeyli insanın xəstəxanada yer olmadığına görə, həkim çatışmadığına görə evində müalicə aldığını bilirik. “İnanmıram” deyənlər inanların taleyini həll etməyə başlayıblar. Hələ də xəstəliyin olmadığını sübut eləməyə çalışan insanabənzər məxluqlar var. Guya pulla adi xəstəlikdən ölənləri “koronavirusdan öldü” deyə, yazdırmaq üçün pul təklif edənlər varmış. Yalanın, fitnənin bu boydasına nə deyəsən?!

Müşahidəm onu göstərir ki, təcili görüləcək tədbirlərin başında bir neçə addım ola bilər. Türkiyədəki kimi, avtobusda maska taxmayan, yaxud da mindikdən sonra maskasını çıxaran insanı təsbit edən kimi sürücü nəqliyyatı idarə etməkdən imtina etməlidir ki, sərnişinlər özləri bu qanuntanımazı yerə düşürsünlər. Maskasız sərnişin daşıyan nəqliyyat şirkətinə dərhal cərimələr kəsilsin. O halda əlavə 20 qəpiyin avantajı üçün maskasız adamı avtobusa almayacaq.

İkincisi, marketlərə maskasız daxil olan hər bir şəxsə görə market sahibinin cərimələnməsini dərhal həyata keçirmək lazımdır. Bu halda market sahibi on-on beş müştəri avantajına görə bu virusun yayılmasının qarşısını qapıda nəzarəti gücləndirməklə özü alacaq.

Üçüncüsü, tibbi maskanın satış qiymətini maya dəyərinə uyğun olmasa belə, 5 qəpiyə endirmək lazımdır. Ayrıca vətəndaş məsuliyyəti məsələsinə qarışılmasın. Çünki xəstəlik riskinə aldırmadan rayonlara kabab çəkməyə gedən insanlara nə hüququn, nə də dilimizin leksik potensialının gücü yetməyəcək. Onlar cahillik virusu üzündən çoxdan ayrı dünyanın sakinlərinə çevriliblər”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90