Ticarət müharibəsi nə ABŞ-ın, nə də Aİ-nin maraqlarına uyğun deyil- İspaniyanın baş naziri
İspaniyanın baş naziri Pedro Sançes ticarət müharibəsinin nə Avropa İttifaqının, nə də ABŞ-ın maraqlarına uyğun olmadığı fikrini bildirib. Busaat.az xəbər verir ki , bu barədə Sançes Davos Dünya İqtisadi Forumu zamanı CNBC telekanalına bildirib.
“Bizim güclü transatlantik əlaqələrimiz var… İqtisadiyyatlarımız bir-birinə çox bağlıdır və mən hesab edirəm ki, ticarət müharibəsi nə ABŞ-ın, nə də Aİ-nin maraqlarına uyğun deyil. Biz indi həmişəkindən daha vacib olan transatlantik əlaqələrimizi necə gücləndirəcəyimizə diqqət yetirməliyik”, – Sançes bildirib.
Bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Aİ-dən idxal edilən malların Amerika neft və qaz alışlarının həcmini artırmasa, gömrük rüsumlarını artıra biləcəyini açıqlamışdı.
Loading...