Tokayev Azərbaycanı təbrik etdi

image-6544a2c5eca836544a2c5eca8416989969332ee22657bb42c498e36b4d886e3c6144backend
image-ad_qayo_720x110px

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanı ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edib.

Busaat.az xəbər verir ki, o, bu barədə Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib.

“Hörmətli cənab İlham Heydər oğlu Əliyevi və Azərbaycan xalqını dövlətçiliyin möhkəmlənməsi münasibətilə təbrik edirəm! Ölkəniz ərazi bütövlüyünü bərpa etdi və yeni inkişaf dövrünə qədəm qoydu”, – Qazaxıstan Prezidenti qeyd edib.

Tokayev Türkiyə Cümhuriyyətinin 100-cü illiyi ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana da təbriklərini çatdırıb.APA

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki