Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft92.05 $▲0.83%
  • WTI neft85.90 $▲0.74%
  • Avropa qazı (TTF)90.00 €▲3.19%
  • Təbii qaz (ABŞ)3.306 $▲1.16%
  • Qızıl3 957 $▼0.60%
  • Gümüş51.21 $▼0.42%
  • Pambıq82.88 ¢▲0.66%
  • Buğda595.75 ¢▼0.96%
  • Bitcoin73 381 $▼0.74%
  • Ethereum2 044 $▼0.51%
  • S&P 5007 619▲1.29%
14°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Cəmiyyət

Torpaq satan icra başçısı təftiş olunur: Asif Əsgərov təlaşda

image-yenigundem_9a1db67421a8a5051b49650444f4d96b_vg9scl40uk8pz56qiy1h
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Nəsimi rayon İcra Hakimiyyətində yoxlamalar aparıldığı barədə məlumat yayılıb.

Qlobal.az xəbər verir ki, İcra Hakimiyyətində aparılan yoxlamaya səbəb rayon ərazilərinin qanunsuz olaraq işbazlara satılmasıdır.

Eyni zamanda bir neçə ildir ki, Nəsimi rayonunun ərazisində aparılan pilot layihələrdə İcra başçısı Asif Əsəgrovun xeyli sayda saxta sərəncamlar tərtib etməsi, əraziləri tikinti şirkətlərinə satmasıdır.

Məlumata görə Asif Əsgərovun qanunsuz əməllərindən Prezident Administrasiyasına ünvanlanan çoxsaylı şikayətlər də yoxlamalara başlamasında mühüm rol oynayıb.

Qeyd edək ki, bir neçə il öncə sahibkar Məhəməliyev Yusif Məhəmməd oğlu Asif Əsgərovun qanunsuz sərəncamı əsasında Bakı şəhəri, Akademik Mirəli Qaşqay küçəsi 21 ünvanında ümumi sahəsi 984.7 m2 və torpaq sahəsi 0.1007 ha olan xüsusi mülkiyyət hüququ əsasında ona məxsus qeyri-yaşayış sahəsi icazəsiz olaraq yerlə yeksan edildiyindən şikayətçi idi.

Sahibkar Daşınmaz Əmlakın Dövlət Reyestrində tam pay olaraq 10.12.2013-cü il tarixdə 1113128651 nömrəsi ilə qeydiyyata alınan qanuni mülkiyyətinin qanunsuz söküldüyünü, ona 1.5 milyon manata yaxın ziyan dəydiyini deyirdi.

Asif Əsgərov qalmaqallı icra başçılarından sayılır. Dəfələrlə qanunsuz əməlləri ilə şikayətlərlə ölkə gündəminə gələn Asif Əsgərov 2009-2015-ci illərdə Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışarkən rayon ərazisində qanunsuz fərdi evlərin, obyektlərin tikintisinə rüşvət qarşılığında icazə verdiyi deyilirdi.

Hətta o zaman Səbail rayonu ərazisində ev tikdirmək istəyən şəhid ailəsinin üzvündən Asif Əsəgrovun 15 min manat tələb etdiyi barədə mediada yazılar dərc edilmişdi. 

2009-cu ildən indiyədək Bakının mərkəz rayonlarından olan Səbail və Nəsimi rayonlarına rəhbərlik edən Asif Əsgərovun ölkədə və xaricdə çoxsaylı daşınmaz əmlaklarının olduğu deyilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=82023