ABŞ prezidenti Donald Tramp Cənubi Afrikanın artıq G20-də yeri olmadığını bəyan edib.
Busaat.az xəbər verir ki, Ağ Ev rəhbəri hesab edir ki, indi Cənubi Afrikada kommunist tiranlığı hökm sürür.
“Cənubi Afrika artıq “G”-lərin heç birində olmamalıdır, çünki orada baş verənlər pisdir”, -Tramp qeyd edib.
Tramp daha əvvəl Cənubi Afrikada keçiriləcək G20 sammitində iştirak etməyəcəyini açıqlamışdı. O, qərarının səbəblərini açıqlamayıb.
Yeganə








