
Tramp onun siyasətinə qarşı etiraz edənləri axmaq adlandırıb
ABŞ prezidenti Donald Tramp administrasiyasının siyasətinə qarşı etirazçıları axmaq adlandırıb.
Busaat.az xəbər verir ki, o, bu barədə Vaşinqtonda jurnalistlərə açıqlamasında deyib.
Amerika lideri vurğulayıb ki, onun fikrincə, bu insanlar ölkənin maraqlarını təmsil etmir.
“Mən bunu deyəcəyəm: bu insanlar ölkəmizi təmsil etmirlər və əlbəttə ki, onların hamısı deyil, lakin onların çoxu — sadəcə zibildirlər. Əsl zibil. Onlar pullu təşviqatçılardır və ölkəmizi təmsil etmirlər”, – Tramp deyib.
Ötən həftə təxminən 7 milyon amerikalı Donald Trampın siyasətinə etiraz edib.
ABŞ prezidenti hökumət əleyhinə “Krallar yoxdur” aksiyalarının təşkilində milyarder Corc Soros və digər dəli solçu radikalların əli ola biləcəyi barədə fikir bildirib. Tramp hadisələrə zarafat kimi baxdığını qeyd edib.
Yeganə






















