
Tramp və NATO Ukraynaya görə Meloniyə TƏZYİQ EDİR
ABŞ və NATO İtaliyaya Ukraynaya hərbi yardım proqramına qoşulması üçün təzyiq edir.
Busaat.az xəbər verir ki, “Stampa” qəzetinin yazdığına görə, ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte İtaliyanın baş naziri Giorgio Melonini PURL (Prioritized Ukraine Requirements List) təşəbbüsünə qoşulmağa çağırır.
Proqram Ukrayna üçün Amerika silahlarının birgə alınmasını nəzərdə tutur. Nəşrin yazdığına görə, Roma iqtisadi mülahizələrə və ictimai əhval-ruhiyyəyə görə əvvəlcə layihədə iştiraka qarşı çıxıb.
Qəzet qeyd edir: “Biz Meloniyə təzyiq edildiyini və Donald Trampın şəxsən Baş nazirdən səy göstərməsini xahiş etdiyini bilirik”.
Hazırda İtaliya hökuməti PURL-də iştirakla bağlı yekun qərar qəbul etməyib.
Yeganə






















